2 sentyabr 2011 19:28
Nasimov Özbəkistan yığmasının qələbəsinə sevindi
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan yığması ilə qələbəyə sevinib. Azerisport.az xəbər verir ki, onun ölkəsinin əsas komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Tacikistanla qarşılaşıb.
Qarşılaşma 1:0 hesabıyla Özbəkistan yığmasının xeyrinə başa çatıb. Matçdakı yeganə qolu görüşün 72-ci dəqiqəsində Maksim Şatskix vurub.
“Neftçi”nin forvardı bu görüşdə forma geyməyib. O, 18-liyə daxil edilsə də, ehtiyatda qalıb.
