2 sentyabr 2011 22:54

Yığmamız Belçikanı cəzalandırdı (YENİLƏNİB)

Bu gün Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Belçikanı qəbul edib.
 
Martın 29-da Brüsseldə baş tutan Belçika - Azərbaycan görüşü 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Bütövlükdə isə, bu, sözügedən yığmalar arasında 4-cü qarşılaşma idi ki, geridə qalan görüşlərin hamısında yığmamız uduzan tərəf olmuşdu. Lakin bu dəfə nəhayət ki, millimiz uğursuz seriyaya son qoyaraq bu rəqibindən xal ala bilib.
 
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
2 sentyabr
 
AZƏRBAYCAN - BELÇİKA - 1:1 (0:0)
Qol: T.Simons, 55-pen (0:1), R.Əliyev, 85 (1:1)
Hakimlər: Li Probert, Simon Bek, David Riçardson, Maykl Lesli Din (hamısı İngiltərə).
Hakim-inspektor: Jan Fasunq (Avstriya).
 UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 16. Aqil Nəbiyev, 8. Aleksandr Çertoqanov, 15. Ruslan Abışov, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 10. Branimir Subaşiç, 19. Rahid Əmirquliyev, 21. Elşən Məmmədov.
Baş məşqçi: Berti Foqts.
BELÇİKA: 1. Simon Minolye, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani (k), 3. Yan Vertongen, 5. Nikolas Lomberts, 6. Timmi Simons, 8. Maruan Fellaini, 10. Aksel Vitsel, 7. Eden Hazard, 9. Romelu Lukaku, 11. Dres Mertens.
Ehtiyat oyunçular: 12.Jan-Fransua Jille, 13. Loran Siman, 14. İqor de Kamarqo, 15. David Hubert, 17. Yelle Fossen, 19. Vadis Ocica, 20. Yelle Van Damm.
Baş məşqçi: Jorj Leekens.
 
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
1. İlk hücum qonaqlardan gəldi. Mertensin zərbəsini Kamran Ağayev turur
4. Qonaqların çox təhlükəli hücumu zamanı müdafiəçilərimiz topu uzaqlaşdıra bilirlər
5. Futbolçularımız sanki rəqib meydanında çıxış edirmişlər kimi, yenə çox həyəcanlıdılar
7. Rəqib müdafiəsinin arxasına atılan topa Vaqif Cavadov çata bilmir
8. Vaqifin uzaqdan zərbəsi çox qeyri-dəqiq alınır
11. Belçikalıların sağ cinahdan yerinə yetirdikləri cərimə zərbəsi təhlükəli alınsa da, hər şey bizim üçün yaxşı bitir
11. Aksel Vitselin baş zərbəsini Kamran tutur
12. Üstünlük tam olaraq qonaqların tərəfindədi
13. Belçikalıların korner vuruşu təhlükəli alınsa da, müdafiəçilər topu uzaqlaşdıra bilirlər
14. Əks-hücum cəhdimiz faydasız qalır
16. Əfran təhlükəli nöqtədə Hazarda qarşı kobud oynadı və cərimə zərbəsi təyin olunur. Amma müdafiəçilərimiz təhlükəli vəziyyət yaranmasına imkan vermirlər
18. Millimiz tam olaraq müdafiəyə diqqət ayırıb və top saxlamaqda, hücum təşkil etməkdə çətinlik çəkir
22. Rəşad Sadıqovdan inanılmaz səhv. Qonaqların iki futbolçusu Kamranla üz-üzə qalsa da, Aqil Nəbiyev son anda topu rəqibin ayağından çıxara bilir....Əhsən Aqil!
26. Rauf Əliyev zədələnir və ona meydandan kənarda yardım göstərilir
29. Rauf yenidən meydana qayıdır
30. Kompani Raufun qarşısını kobudluqla aldığına görə sarı vərəqə alan ilk futbolçu olur
31. Rəşad Sadıqovun təhlükəli nöqtədən vurduğu qüvvətli cərimə zərbəsini rəqib qapıçı iki cəhddə tuta bilir
33. Belçikalıların çox təhlükəli hücumu zamanı Vitselin yaxın məsafədən baş zərbəsinə Kamran əla reaksiya nümayiş etdirir
38. Qonaqların daha bir təhlükəli hücumu zamanı müdafiəçilərimiz sayıq oynayırlar
40. Komandamızın çox təhlükəli hücumu zamanı son anda hər şey qonaqlar üçün yaxşı qurtarır
41. Fellaini Çertoqanovun ayağına oynadığı üçün sarı vərəqə ilə cəzalanır
45. Mertensin təhlükəli ötürməsinə Lukakudan öncə Kamran yetişir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Cərimə meydançasına asma zamanı Raufun baş zərbəsində azacıq dəqiqlik çatışmır
50. Yığmamız hələ ki, ikinci hissədə fəal görünür
54. Sadıqov cərimə meydançasında Hazarda qarşı qaydanı pozur və qapımıza penalti təyin olunur
55. Aqil Nəbiyev sarı vərəqə alır
55. Timmi Simons penaltini dəqiq yerinə yetirir - 0:1
57. Kamran çox təhlükəli zərbənin qarşısını alır
58. Əfranın əvəzində meydana Elşən Məmmədov çıxır
61. Lukakunun əvəzində meydan De Kamarqo çıxır
62. Fellaininin qol vurma istəyi baş tutmur
63. Kamran müdafiəçilərin geri qaytardığı topu qaytarmaq istərkən çox kuryoz hadisə ilə üzləşir. Yaxşı ki, zədələnmir
64. Ruslan Abışovun əvəzində meydana Rahid Əmirquliyev çıxır
68. Komandamızın cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur
69. E.Allahverdiyev sarı vərəqə ilə cəzalanır
70. Cərimə zərbəsi zamanı Kamran çıxışda səhvsiz oynayır
71. Komandamızın da cərimə zərbəsini rəqib qapıçı zərərsizləşdirir
73. Belçikalılar ikinci qolu vurmağa yaxın olsa da, son anda müdafiəçimiz toxu qapı xəttindən çıxara bilir
76. Hakim Lombertsi sarı vərəqə ilə cəzalandırır. Halbuki, həmin epizodda qaydanı Simons pozmuşdu
77. Komandamızın iki təhlükəli hücumu zamanı rəqib müdafiəçilər topu qaytarırlar
82. E.Məmmədov kobud oyuna görə sarı vərəqə alır
83. Foqts son "kart"ını işə salır: Branimir Subaşiçi Çertoqanovun əvəzində meydana buraxır
84. Kamarqonun zərbəsi qapıdan aralı keçir
85. QOOOOOOOOOOOOOOL. Mahirin cərimə meydançasına asmasını Rauf başla tora qovuşdurur - 1:1
87. Fellaini bir neçə metrlikdən çərçivəni dəqiq nişan ala bilmir. Çox təhlükəli vəziyyət idi
89. Komandamızın əla əks-hücum şansı boşa verilir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Komandamız cərimə zərbəsi vurmaq hüququ qazanır
90+4. Birbaşa qapıya zərbəni rəqib qapıçı turur
90+4. Çox təhlükəli nöqtədə Subaşiç qaydanı pozur
90+5. Cərimə zərbəsi canlı səddən dönür
Və matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.