2 sentyabr 2011 11:09
Stüart Pirs: Bütün gecəni qol vura bilərdik
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Stüart Pirs fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 6 cavabsız qolla qələbə qazandıqları görüşü belə şərh edib:
“Mən sadəcə xoşbəxtəm. Biz bu oyunda çox yaxşı futbol sərgilədik. Elə təəssürat yaranırdı ki, biz bütün gecəni qol vura bilərik. Bu qarşılaşma daha çətin alına bilərdi. Amma biz rəqibimizə qarşı layiqli mübarizə aparıb, qələbə qazandıq”.