2 sentyabr 2011 23:12
Foqts yenə mətbuat konfransına gəlmədi
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts yenə mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin bu gün keçirilən Belçika ilə oyunundan (1:1) sonra da almaniyalı mütəxəssis jurnalistlərlə görüşə gəlməyib.
Maraqlıdı ki, bu dəfə də onun mətbuat konfransına gəlməməsinə səbəb kimi sağlıq durumunun qaydasında olmaması göstərilib. Xatırladaq ki, Foqts dünən oyundan öncə keçirilən mətbuat konfransına da eyni səbəbdən qatılmamışdı.
