2 sentyabr 2011 23:25

Vəli Qasımov: Milli qorxaq futbol oynamadı

AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan – Belçika matçından (1:1) sonra səhhətində problem olan Berti Foqtsun əvəzində mətbuat konfransına gələn köməkçi-məşqçi Vəli Qasımov matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, görüşü belə şərh edib:

“Bizə çox çətin oldu. Çünki Belçika ciddi rəqibdi. Biz müdafiədən oynayıb, əks-hücumlarda şans axtarmağa çalışdıq. Qazaxıstanla da oyunumuz çətin olacaq. Axı biz bu rəqibə Astanada məğlub olmuşduq” – deyə, Qasımov bildirib.
 
Penalti epizodu ilə bağlı danışarkən millimizin məşqçisi bunları söyləyib: “Bilmirəm, orda penalti var idi, ya yox. Biz uzaqda oturmuşduq. Amma əgər penalti verilibsə, deməli, bu, olmalıydı. Mən hakimin qərarları haqda danışa bilmərəm”.
 
“Araz Abdullayev hələ yığmada oynamağa hazır deyil. Bu gün oynayan futbolçulara gəlincə, hansınısa xüsusi vurğulamaq istəməzdim. Çünki hamısı sona kimi vuruşdular. Hər biri çalışdı ki, yaxşı oyun göstərək. Mən onunla da razı deyiləm ki, biz qorxaq oyun sərgilədik. Belçika çox təhlükəli rəqibdi. Onların heyətində çoxlu yaxşı futbolçular var. Hansı ki, Avropanın aparıcı futbol çempionatlarında çıxış edirlər” – deyə, Qasımov bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.