2 sentyabr 2011 23:36
Jorj Leekens Kamran Ağayevi fərqləndirdi
Belçika yığmasının baş məşqçisi Jorj Leekens AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Biz Bakıda 2 xal itirdiyimizə görə çox məyusuq. Biz ilk yarıda qol vurmağa borclu idik. Matçın taleyini məhz fasiləyə kimi müəyyənləşdirməliydik. Matçın sonunda isə müdafiəni sadəcə unutmuşduq” – deyə, Leekens vurğulayıb.

O, meydançanın durumunu da bəhanə edib: “Bizim meydança ilə bağlı bəzi problemlərimiz oldu. Əgər bu oyunu Brüsseldəki ilə müqayisə etsək, deyə bilərəm ki, biz sadəcə Bakıda işimizi yekunlaşdırmağı bacarmadıq. Bizim oyunumuz qətiyyən alınmadı”.
“Bizim nə qədər qol imkanımız oldu. Heç penalti də lazım olmaya bilərdi. Sadəcə, biz ələ düşən şanslardan yararlana bilmədik. Oyunun ən yaxşısı isə qapıçınız idi”.