2 sentyabr 2011 15:52
Birinci divizionun püşkü atıldı (YENİLƏNİB)
Bu gün - sentyabrın 2-də futbol üzrə birinci divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, saat 15:00-da başlayab tədbir AFFA-nın inzibati binasında baş tutub.
Qeyd edək ki, birinci divizionun 2011-2012 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda yarışlara 14 komandanın qatılacağı gözlənilirdi. Lakin püşkatma zamanı məlum oldu ki, onların sayı 15 olacaq. 15 komandadan 10-u ötən mövsümdə də aşağı liqada yarışıb. Belə ki, “Bakılı”, “Energetik”, “Göyəzən”, “Karvan”, “MKT-Araz”, “Neftçala”, “Qaradağ” (keçmiş “Neftçi” İSM), “Şahdağ”, “Şəmkir” və “Şuşa” ötən mövsüm olduğu kimi yarışda iştirak edəcək.
Daha iki iştirakçı 2010-2011 mövsümünü Premyer Liqda keçirib. Belə ki, sonuncu prilləni tutub güclülər dəstəsindəki yerini itirən MOİK-lə Premyer Liqadan imtina edən “Muğan” da birinci divizionda iştirak edəcək.
Digər üç komanda isə debütantlardı. Bunlar Qubadlını təmsil edəcək “Həkəri” və Gəncənin “Tərəqqi” klublarıdı. Son anda yarışlarda "Lokomotiv" də iştirak etmək istəyib.
Beləliklə, ilk turda aşağıdakı komandalar üz-üzə gələcəklər:
10-11 sentyabr (şənbə, bazar)
Şahdağ - Muğan
Şuşa - Tərəqqi
Həkəri - Göyəzən
Karvan - MOİK
MKT-Araz - Şəmkir
Bakılı - Energetik
Neftçala - Qaradağ
"Lokomotiv" isə ilk turda istirahət edəcək.
