2 sentyabr 2011 12:36

Sadıqovun baş məşqçi kimi debütü Cavadova qarşı olacaq

Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun qarşıdakı 4 oyunda “Anji”nin baş məşqçisi funksiyasını yerinə yetirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin (NİK) Mahaçqala təmsilçisinin baş məşqçisi Hacı Hacıyevi cəzalandırması səbəb olub.
 
Bir daha xatırladaq ki, o, "Dinamo" ilə oyunun (2:1) fasiləsində ədalət təmsilçilərinin qərarlarına etiraz əlaməti olaraq hakimlər briqadasının otağının qapısını təpiklə sındırmışdı. Bu üzdən də Hacıyev dörd oyunluq diskvalifikasiya olunub. Belə olan halda, Hacı Hacıyevin birinci köməkçisi, həmyerlimiz Vaqif Sadıqov komandanın baş məşqçisi vəzifələrini yerinə yetirməli olacaq.
 
Maraqlıdı ki, təcrübəli mütəxəssisin bu mənada ilk sınağı "Volqa"ya qarşı olacaq. Hansı ki, Nijni-Novqorod klubunda millimizin hücumçusu Vaqif Cavadov top qovur. Həmyerlilərimizin komandalarının görüşü Premyer Liqanın 23-cü turuna təsadüf edəcək. Bu görüş Mahaçqalada baş tutacaq və sentyabrın 11-də keçiriləcək.
 
Sonda onu da qeyd edək ki, Sadıqov “Anji”ni baş məşqçi əvəzi kimi "Kuban", "Terek" və "Lokomotiv"lə oyunlarda da meydana çıxarmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.