2 sentyabr 2011 12:51
Fellaini: Yaxşı formada olmasam da, Azərbaycanla oyuna hazıram
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda millimizin qonağı olacaq Belçika yığmasının yarımmüdafiəçisi Maruan Fellaini Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İngiltərənin “Everton” klubunun aparıcı oyunçusu bunları dilə gətirib:
“Mən başa düşürəm ki, Sloveniya ilə oyunda heç də yaxşı təsir bağışlamadım. Sona kimi ritmi saxlaya bilmədim. Dərk etmək lazımdı ki, indi heç də yaxşı formaya malik deyiləm. Mənə daha çox oyun keçirmək lazımdı ki, əvvəlki formamı bərba edim. Amma hər şeyə rəğmən, Azərbaycanla oyunda mübarizə aparmağa hazıram”.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
