2 sentyabr 2011 13:00
PFL Neftçi - Qarabağ matçının vaxtını açıqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasinin 1-ci turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" və 4-cü turunun "Sumqayıt Şəhər" - "İnter" matçlarının keçirilmə tarixləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqanın 4-cü turunun təxirə salınmış "Sumqayıt Şəhər" - "İnter" matçı sentyabrın 14-də keçiriləcək. Birinci turun "Neftçi" - "Qarabağ" matçı isə oktyabrın 25-də oynanılacaq.
Qeyd edək ki, bu haqda PFL prezidenti Ramin Musayev əmr imzalayıb.
