3 sentyabr 2011 01:01
Elnur Allahverdiyev: Bu, qələbə deyil
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”lı futbolçu 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Heç-heçə əlbəttə, qələbə deyil. Amma unutmamalıyıq ki, bu gün çox güclü rəqibə qarşı mübarizə aparırdıq. İndi artıq Qazaxıstanla oyun haqda düşünməliyik”.
