3 sentyabr 2011 13:19
Vaqif Cavadov: Tarixdə yaxşı oyun yox, nəticə qalır
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstan ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mənim üçün qazaxlara qarşı necə oyun göstərməyimizin elə də ciddi fərqi yoxdu. Bizim üçün əsas odu ki, qələbə qazanaq. Düzdü, hamımız bunun gözəl oyunla başa gəlməsini istərdik. Amma tarixdə yaxşı oyun yox, nəticə qalır”.
