3 sentyabr 2011 13:24
Mario Rosas Böyük oyun öncəsi zədələndi
"Xəzər Lənkəran" "Neftçi" ilə "Böyük oyun"un hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən "Fırtınalar meydanı"nın yardımçı meydançasında növbəti məşqinə çıxıb.
Artıq baş məşqçi Mirça Rednik Azərbaycana qayıdıb və dünənki məşqə rəhbərlik edib. Onunla bərabər fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorre və Andrey Mureşan da Lənkərana dönüb. Hazırlıq prosesinə 16 futbolçu qatılıb.
Antonio Semedo naməlum səbəbdən məşqə qatılmayıb. Katalin Doman isə məşqçilər korpusunun tapşırığı ilə fərdi məşqlə kifayətlənib.
Hazırlıq prossesinin sonunda Mario Rosas zədələnib. İspan futbolçu ağsayaraq bazaya yollanıb. Lakin məlum olub ki, Rosasın zədəsi təhlükəli deyil və o, tezliklə məşqələrə başalyacaq.
