3 sentyabr 2011 01:18
Ruslan Abışov: Yaxşı təsir bağışlamadıq, amma...
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində “Neftçi”nin futbolçusu 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Bu gün heç də yaxşı təsir bağışlamadıq. Amma fədakarcasına mübarizə apardıq. Məğlub duruma düşsək də, təslim olmadıq. Nəticədə, bu, bizə vacib xal qazandırdı. İndi Qazaxıstanla oyunu düşünməliyik. Mütləq qələbə qazanmalıyıq”.
