3 sentyabr 2011 13:41
“Qazaxıstana qarşı da belə oynasaq, işimiz çətin olacaq”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Belçika ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmanın 1 xal qazanması məni sevindirdi. Amma oyun heç də xoşuma gəlmədi. Nəticə heç də hər şey demək deyil. Biz rəqibə bir neçə təhlükəli vəziyyət yaratmağa imkan verdik. Əgər Qazaxıstana qarşı da belə oynasaq, işimiz çətin olacaq”.