3 sentyabr 2011 01:45
Hiddink: Azərbaycan millisi bizi çox sevindirdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqibi olan Türkiyə millisinin baş məşqçisi Qus Hiddink Bakıda keçirilən Azərbaycan – Belçika matçının nəticəsindən sevincini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, ötən gecə baş tutan Qazaxıstanla oyunlarından (2:1) sonrakı mətbuat konfransında ilk olaraq millimizin onlara etdiyi köməkdən danışıb:
“Azərbaycanın Belçikadan xal alması bizi çox sevindirdi. Amma burdakı matç da 1:1 hesabı ilə bitsəydi, çox pis olacaqdı. Nə yaxşı ki, qələbə qazanıb, üstünlük əldə etdik. Buna baxmayaraq, çox pis oynadıq. Bundan pis oynaya bilməzdik. Belə bir oyuna rəğmən qələbə qazanmaq gözəl oldu”.
