3 sentyabr 2011 01:48
Bakı`nın futbolçusu rüsvayçılıqla üzləşdi
"Bakı"nın futbolçusu rusvayçılıqla üzləşib. Azerisport.az xəbər verir ki, Deyvidas Çesnauskinin çıxış etdiyi Litva yığması Avropa çempionatının seçmə mərhələsində gözlənilməz nəticə ilə üzləşib.
Belə ki, Litva evdə Lixtenşteyi qəbul edib və qələbə qazana bilməyib. "Cırtdanlar" səfər oyunundan bir xalla qayıdıblar - 0:0.
Çesnauski meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
