3 sentyabr 2011 14:00
2 qolla qalib gəlib, 2 qolla məğlub olduq
Avstriyada təlim-məşq toplanışında olan 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, hər iki yığmamız “Red Bull Zaltsburg” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Azərbaycan U-15 rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolların birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə avstriyalı futbolçular öz qapısından keçirib.
U-16 yığmamızla “Red Bull Zaltsburg”un eyni yaş qrupuna aid komandası arasında qarşılaşma 2:0 hesabı ilə avstriyalı futbolçuların xeyrinə yekunlaşıb.
