3 sentyabr 2011 02:26
Starkov Premyer Liqada həsrət qaldığı qələbəni Tiflisdə qazandı
"Bakı"nın baş məşqçisi və oyunçuları nəhayət ki, qələbə sevinci yaşayıblar. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun baş məşqçisi olduğu və Maris Verpakovski ilə Denis İvanovun forma geyindiyi Latviya yığması Gürcüstanda üç xal əldə edib.
Avropa çempionatının seçmə məohələsi çərçivəsində keçirilən qarşılaşma latviyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 64-cü dəqiqədə Aleksandr Çauna imza atıb.
Maris Verpakovski və Denis İvanov meydana start heyətində çıxıb. Verpakovski 39-cu dəqiqədə sarı vərəqə alıb və 77-ci dəqiqədə Edqar Qaurak tərəfindən əvəzlənib. İvanov isə 90 dəqiqə oynayıb.
AZAL-ın heyətindən kənarlaşdırılan Ritus Krjauklis də 90 dəqiqə meydanda olub.
