3 sentyabr 2011 14:36
Lomberts: Azərbaycan Brüsseldəkindən daha yaxşı oynadı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində ötən gün millimizin qonağı olan Belçika yığmasının müdafiəçisi Nikolas Lomberts bu görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycan bu dəfə Brüsseldəkindən daha yaxşı oynadı. Aydın məsələdi ki, onlar doğma meydanda yaxşı azarkeş dəstəyinə malik idilər. Amma istənilən halda biz qələbə qazanmağa borclu idik. Elə ilk yarıda nə qədər qol epizodunu boşa verdik. Nəticədə də rəqib bizi belə cəzalandırdı”.
