3 sentyabr 2011 02:30
AFFA prezidentindən milli üzvlərinə təbrik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, futbolçularımızın güclü rəqibə qarşı əzmkar mübarizə apardığını qeyd edən AFFA prezidenti, qarşıdakı oyunlarda da millimizə uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan - Belçika oyunu 1:1 hesabı ilə başa çatıb.
