3 sentyabr 2011 15:16
Xəzər Lənkəranın sabiq müdafiəçisi özünə klub tapdı
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Kosmin Frasinesku özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu bundan sonrakı karyerasını vətənində davam etdirəcək.
Belə ki, sabiq “ağ-yaşıllı” oyunçu “Gaz Metan”la anlaşıb. 26 yaşlı ən azı qarşıdakı 1 ildə məhz bu komandanın şərəfini qoruyacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran”a Mirça Rednikin istəyi ilə gətirilən Frasinesku yayda cənub klubu ilə yollarını ayırmaq məcburiyyətində qalmışdı.
