3 sentyabr 2011 19:48
Azərbaycan - Belçika matçında kuryoz olay (FOTO, VİDEO)
AÇ-2012-nin seçmə mərhələsinin dünənki Azərbaycan – Belçika oyunu kuryoz hadisə ilə də yadda qaldı. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 63-cü dəqiqəsinə təsadüf edən həmin olayın qəhrəmanı isə qapıçı Kamran Ağayev oldu.
Belə ki, millimizin qapıçısı oyundaşları hücum qurmaqda olduğundan bir qədər irəli çıxmışdı. Rəqib futbolçuların pressinqi nəticəsində müdafiəçilərimiz topu Kamrana doğru - geri qaytarmağa qərar verdilər. Lakin Ağayev həmin topu çox çətinliklə uzaqlaşdıra bildi. Əks halda top kornerə çıxacaqdı. Məhz həmin topu qaytardıqdan sonra qapıçımızı kuryoz hadisə ilə üzləşdi.
Belə ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyan əlcək ustamız müvazinətini saxlaya bilməyib, rekalm lövhəsinə qədər getmək məcburiyyətində qaldı. Lakin burda da özünü saxlaya bilməyib, həmin lövhənin arxasına düşdü. Xoşbəxtlikdən Ağayev zədələnmədi və oyunu davam etdirə bildi.
