3 sentyabr 2011 15:46
Millimizin rəqibi baş məşqçisiz qala bilər
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Avstriya yığması baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, bu barədə dünən keçirilən Almaniya ilə görüşdən sonra Avstriya millisinin baş məşqçisi Didi Konstantini özü açıqlama verib.
O, 2:6 hesabıyla darmadağın olduqları görüşdən sonra bunları dilə gətirib: "Əgər komanda nəticə vermirsə, getməlisən. Bu, bütün dünyada belə qəbul olunur. Lakin federasiya mənimlə işləmək istərsə, o zaman Türkiyə ilə oyuna da komandanı mən çıxacaram. Əks təqdirdə isə Avstriya millisi ilə yollarımız ayrılacaq".
Qeyd edək ki, Avstriya növbəti görüşünü sentyabrın 6-da Türkiyəyə qarşı keçirəcək.
