3 sentyabr 2011 19:57
Yığmamızın planlarında dəyişiklik edildi
Azərbaycan milli komandasının sabah – sentyabrın 4-də, saat 10:00-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməli olan mətbuat üçün açıq məşqinin vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Lakin maraqlıdı ki, həmin xəbərdə məşqin vaxtı ilə bağlı əlavə məlumat verilmir. AFFA bu barədə böyük ehtimalla sabah açıqlama verəcək.
