3 sentyabr 2011 11:44
Rauf Əliyev: Bu oyunu Azərbaycan futbolunun aktivinə yazmaq olar
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Biz göstərdik ki, hətta uğursuz oyunla da xal qazana bilərik. Bu oyunda sadəcə 1 xal qazandıq. Amma bunu çox ciddi rəqibdən aldıq. İstənilən halda bu oyunu Azərbaycan futbolunun aktivinə yazmaq olar. Rəqib 3 xal üçün gəlsə də, 1 xalla qayıtdı”.
