3 sentyabr 2011 12:00
Arda: Azərbaycanlı dostlarımızdan revanş almalıyıq
Türkiyə yığmasının və İspaniyanın “Atletico” klubunun ulduz futbolçusu Arda Turan yığmamızdan revanş almaq arzusundadı. Azerisport.az xəbər verir ki, o, fünən keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunundan (2:1) sonra bunları dilə gətirib:
“Azərbaycana Belçika matçı üçün təşəkkür edirəm. Amma Azərbaycandakı dostlarımızdan sonrakı matçda revanşı almağımız lazımdı. İndi 1 xal öndəyik, 1 matç da az keçirmişik. Avstriyanı da yenmək istəyirik. Diqqətli olsaq, bacararıq. Ən yaxşı ikincilik üçün şansımız yüksəkdi”.