3 sentyabr 2011 00:08
Neftçinin futbolçusu Moskvadan məğlub qayıtdı
"Neftçi"nin futbolçusu İqor Mitreskinin, eləcə də AZAL-ın müdafiəçisi Robert Petrovun formasını geyindiyi Makedoniya yığması AÇ-2012-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, onların komandası Rusiya millisi ilə qarşılaşıb.
Moskvada baş tutan oyunda Rusiya 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 41-cı dəqiqədə İqor Semşov imza atıb.
Mitreski və Petrov matçı ehtiyat oyunçular skamiyasından izləyib. Baş məçqi Con Toşak onlardan heç birinə ehtiyac duymayıb.
