3 sentyabr 2011 12:20
3 “futbolçumuz” Fransaya qarşı oynadı
"Qarabağ" və AZAL-ın futbolçuları Fransa millisinə qarşı oynayıb. Azerisport.az xəbər verir ki, Ansi Aqolli, Admir Teli və Ervin Bulku Avropa çempionatının seçmə mərhələsində fransızlarla qarşılaşıb.
Oyun Fransasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər üç “futbolçumuz” fransızlarla qarşılaşmada meydana start heyətində çıxıb. "Qarabağ"lılar - Ansi Aqolli və Admir Teli 90 dəqiqə oynayıb. Ervin Bulku isə 69-cu dəqiqədə Elis Bakajla əvəzlənib. Admir Teli 36-cı dəqiqədə sarı vərəqə alıb.
