3 sentyabr 2011 00:17
UEFA daha bir klubu Avroliqadan qovdu
UEFA daha bir klubu avrokuboklardan kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, qitə futbol qrumu İsveçrənin "Sion" klubunu Avropa Liqasından xaric edib.
Buna səbəb "Sion"un pley-off çərçivəsində Şotlandiyanın "Seltic" klubu ilə oyunda oynamaq icazəsi olmayan futbolçunu meydana buraxması olub. Bu səbəbdən İsveçrə klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Nəticədə "Sion"u qrup mərhələsində "Seltic" əvəzləyib. Qrupda Şotlandiya klubundan başqa İspaniyanın "Atletico", İtaliyanın "Udinese" və Fransanın "Rennes" komandaları yer alır.
