3 sentyabr 2011 12:31
İnter yenidən gürcülərlə üz-üzə
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Gürcüstanda təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün toplanış çərçivəsində son yoldaşlıq matçına çıxacaq.
"İnter"in bu dəfəki rəqibi "VİT-Georgia" komandası olacaq. Oyun yerli vaxtla saat 17:30-da başlayacaq.
Xatırladaq ki, “bankirlər” hazırlıq çərçivəsində keçirdikləri ilk sınaq matçında “Dila”ya 2:3 hesabıyla məğlub olmuşdu. "İnter" sentyabrın 5-də vətənə qayıdacaq.
