3 sentyabr 2011 00:45
Əfran İsmayılov: İnanırdıq ki, uduzmayacağıq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Qarşımıza qoyulan vəzifənin öhdəsindən maksimum gəlməyə çalışdıq. Qol buraxsaq da, buna görə həvəsdən düşmədik. Sona kimi oynadıq. Çünki uğur qazanacağımıza inanırdıq. İnanırdıq ki, bu gün uduzmayacağıq”.