3 sentyabr 2011 12:49
Millimiz Qazaxıstan ilə oyun öncəsi itki ilə üzləşdi
Millimiz AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyununa tam heyətlə çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, komandamızın əsas heyət oyunçularından olan Elnur Allahverdiyev qarşıdakı rəsmi oyunu buraxmalı olacaq.
Buna səbəb Elnurun cəzalı duruma düşməsidi. Belə ki, "Xəzər Lənkəran"ın futbolçusu Belçika ilə oyunun 69-cu dəqiqəsində sarı vərəqə alıb. Buna kimi Avstriya ilə ötən il baş tutan oyunda da sarı vərəqə ilə cəzalanmış alan müdafiəçi cəzalı duruma düşüb.
Güman ki, sentyabrın 6-da keçirilən Qazaxıstanla oyunda Elnuru ya Rail Məlikov, ya da Ufuk Budaq əvəzləyəcək.
