3 sentyabr 2011 00:56
Arda Turan: Sağ olsun azərbaycanlı doslar!
Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə evdə heç-heçə edib (1:1), iddialı rəqibindən xal almasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, İspaniyanın “Atletico” klubunun şərəfini qoruyan ulduz futbolçu “NTV Spor”a açıqlamasında daha çox onların işinə yarayan sözügedən oyunla bağlı bunları dilə gətirib:
“Sağ olsun bizim azərbaycanlı doslarımız. Biz bu köməyə görə onlara çox minnətdarıq. İndi bizə seçmə mərhələni uğurla başa çatdırmaq qalır. Məhz belə olan halda AÇ-2012-yə vəsiqə qazana bilərik”.
