4 sentyabr 2011 12:26
Cavadov: Bizim futbolçular üzərlərində işləmirlər
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov yığmamızın AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə Bakıdakı oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Nəticə qənaətbəxşdi. Amma oyun göstərdi ki, futbolçularımız öz üzərlərində işləmirlər. Oyunda heç bir taktika, oyun şəkli yox idi. Futbolçular emosiyalarına uyğun hərəkət edirdilər. Hamı gördü ki, komanda normal hücumlar təşkil edə bilmirdi. Buna görə də yığmanın oyun məni narahat edir. Heç-heçə yaxşıdı. Amma belə oyunla uzağa gedə bilmərik”.
