4 sentyabr 2011 13:36
Vensan Kompani: Artıq Bakıda acınacaqlı heç-heçəni unutmuşam
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika yığmasının müdafiəçisi Venvan Kompani bu görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında 1:1 hesablı heç-heçə ilə başa çatan görüşü artıq unutduğunu dilə gətirib:
“Mən bu gün özlüyümdə gələcəyə böyük ümidlərlə oyandım. Mən artıq o acınacaqlı heç-heçəni unutmuşam. Azərbaycanla heç-heçəyə görə artıq özümü məyus hiss etmirəm. Çünki qarşıya baxmaq lazımdı. İndi mən millinin qarşıdakı oyunlarına motivasiya olmağa çalışacağam”.
