4 sentyabr 2011 13:57
Fenerbahçe UEFA və TFF-ni məhkəməyə verdi
Türkiyənin “Fenerbahçe” klubu UEFA və TFF-yə dava açıb. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı İstanbul klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
Məlumatda bildirilir ki, Türkiyədə danışılmış oyunlarla əlaqədar olaraq UEFA Çempionlar Liqasından kənarlaşdırıldıqları üçün onlara dəyən maddi ziyanın əvəzində qitə və Türkiyə futbol qurumları ən azı 45 milyon avro dəyərində təzminat ödəməlidi. “Fenerbahçe” bu müraciətlə birbaşa Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb.
Bu haqda rəsmi açıqlamada bildirilir: “Klubumuzdan daha öncə də verilən açıqlamalarda bildirildiyi kimi, ÇL-in 2011/2012 mövsümündən ixrac edildiyimiz üçün yaranan vəziyyətə uyğun olaraq “Fenerbahçe” klubu adına, 1 sentyabr 2011 tarixindən etibarən Beynəlxalq İdman Arbitraj Məhkəməsində UEFA və Türkiyə Futbol Federasiyası əleyhinə dava açılıb. “Fenerbahçe” klubu olaraq davamızı sözügedən ixrac qərarı səbəbiylə yaşadığımız maddi itkiyə istinadən və daha artıq haqqlarımız qalmak üzrə, indilik 45 000 000 avro tələbi ilə açmışıq.
Məhkəmə iddiamızda sözügedən zərərimizi ən aza endirmək məqsədiylə CAS-dan Çempionlar Liqasına yenidən daxil edilməyimizə dair də tələb irəli sürmüşük. Artıq 2 sentyabr 2011 tarixində CAS-dan aldığımız məktubda məsələ ilə bağlı işin başlanıldığı bildirilib. UEFA və TFF-dən 6 sentyabr 2011 tarixinə kimi bu iddialara dair yazılı cavab vermələri tələbinin irəli sürüldüyü də bildirilir”.
