4 sentyabr 2011 14:33
Belçika millimizlə oyun öncəsi altı itki ilə üzləşdi
Futbol üzrə gənclərdən ibarət yığma komandalar (U-21) arasında keçirilən AÇ-2013-ün seçmə mərhələsində Azərbaycanın rəqibi olan Belçika seçməsinin baş məşqçisi Frenki Dyuri sentyabrın 6-da keçiriləcək oyunda cəmi 18 futbolçunun xidmətindən yararlana biləcək. Azerisport.az xəbər verir ki, belçikalı gənclərin çalışdırıcısı yığmamızla oyun öncəsi daha iki futbolçunun xidmətindən imtina edib.
Bunlar müdafiəçi Luis Pedro Kavandi ilə qapıçı Entoni Morisdi. Onlardan öncə belçikalıların düşərgəsində Cimmi de Yonq, Dedrik Boyata, Yassin el Hanassi və Maksim Lestin də sıradan çıxaraq, millidən kənarlaşdırılmışdı.
Qeyd edək ki, ilk oyununda İngiltərəyə 0:6 hesabıyla uduzan millimiz İslandiyaya 1:2 hesabıyla uduzmuş Belçika ilə sentyabrın 6-da Antverpendə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
