4 sentyabr 2011 15:02
Sabiq oyunçusundan Xəzər Lənkərana qınaq
Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Estoniya millisinin müdafiəçisi Tihon Şişov hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, o, keçmiş klubuyla aralarındakı problemin davam etməsi səbəbindən heç bir kluba keçə bilmədiyini deyib.
Şişov Estoniya mətbuatına müsahibəsində formasını itirməməmək üçün “Nõmme Kalju” klubuyla məşq etdiyini söyləyib: "Azərbaycan klubuyla anlaşılmaz vəziyyət hələ də davam edir. Belə olan halda özümə yeni klub da axtara bilmirəm. Qışda “Xəzər Lənkəran”la müqaviləm başa çatır. Bundan sonra isə artıq yeni klub axtara bilərəm. Ümid edirəm ki, xaricdə özümə komanda tapa biləcəyəm. Estoniyada qalmaq istəmirəm”.
