4 sentyabr 2011 18:56
Qurban Qurbanov Almaniyaya yollandı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Almaniyaya yola düşüb. Azersport.az xəbər verir ki, o, Dortmund “Borussia”sının düşərgəsində təcrübə mübadiləsi keçəcək.
“Qarabağ”ın baş məşqçisi Almaniya çempionunun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurban bəyin “sarı-qara”ların baş məşqçisi Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Baş məşqçini klubun əməkdaşı Anar Məmmədli müşayət edir.
Qurbanov Almaniyada sentyabrın 10-na qədər qalacaq. Sentyabrın 11-də vətənə dönəcək çalışdırıcının həmin gün Premyer Liqa çərçivəsində baş tutacaq “Sumqayıt Şəhər”lə oyuna yetişəcəyi gözlənilir.
