4 sentyabr 2011 19:04
Sergey Ostapenko qol orucunu Bakıda pozmaq istəyir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda millimizin qonağı olacaq Qazaxıstan yığmasının hücumçusu Sergey Ostapenko həmin görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərlə söhbətində öncə bunları dilə gətirib:
“Çətin olacaq. Amma biz maksimum çalışacağıq ki, qarşıya qoyulan məqsədə nail olaq. Sona kimi döyüçəcəyik. Qazaxıstan yığmasının qarşısına qoyulan məqsəd isə həmişə bir olub – ancaq qələbə qazanmaq. Meydana çıxacaq hər bir futbolçu əlindən gələni etməyə çalışmalıdı. Həm müdafiə, həm hücum, hətta ehtiyatda oturan futbolçularımız da. Komandada ruh olmalıdı. Əgər bu olsa, o zaman nəsə edə bilərik”.

Qazaxıstanlı hücumçu sonuncu dəfə 2008-ci ildə Ukrayna ilə oyunda qol vurduğundan, bu susqunluğunu məhz millimizlə görüşdə pozmaq istədiyini də dilə gətirib: “Mən söz vermirəm ki, mütləq qol vuracam. Amma buna nail olmaq üçün çalışacağam”.