4 sentyabr 2011 11:17
Vaqif Cavadov: Qazaxıstana qarşı necə oynamağımızın fərqi yoxdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AÇ-2012-nin Belçika ilə oyunundan sonra (1:1) azerisport.az saytının suallarını cavablandırıb.
- Oyundan öncə hamınız heç-heçə istədiyinizi qeyd edirdiniz. Bu, sizi qane etdi?
- Bu, ondan xəbər verir ki, biz qarşıya qoyulan vəzifəyə nail ola bilirik. Belçikalılarla cavab oyunu bizim üçün uğurlu alındı. Əlbəttə, bizə çox çətin oldu. İkinci hissənin əvvəlində qol buraxsaq da, həvəsdən düşmədik. Özümüzdə güc tapıb hesabı bərabərləşdirə bildik.

- Bu heç-heçə qazaxlarla oyunda daha uğurlu çıxış etməyə şərait yaradacaq?
- İndi bütün fikirlərimiz Qazaxıstanla oyuna yönəlib. Belçika ilə heç-heçə sadəcə bu yolda emosiyalarımızı bir qədər yaxşılaşdıra bilər. Bu görüşdə bizə ancaq qələbə lazımdı.
- Penalti epizodunun ədalətli olduğunu düşünürsüz?
- Mənə elə gəlir ki, rəqibin qapısı qarşısında belə bir şey olsaydı, penalti verilməzdi. Orda qayda pozuntusu yox idi. Bizim vurduğumuz qola gəlincə, bu, oyun epizodundan sonra mümkün oldu.

- “Volqa”da adətən ikinci hissənin ortalarında meydana çıxırsız. Deməli, elə də çox oyun təcrübəniz yoxdu. Belçikaya qarşı oyununuzdan razı qaldınız?
- Hamı bilir ki, mən öz oyunumu şərh etmirəm. Heç yaxşı oynayanda da, ondan danışmağı sevmirəm. Yığmaya gələndə əlimdən gələni edirəm ki, komandama 100 faiz kömək edə bilim.

- Bizim artıq bu tsikl üçün 4 xalımız var. Daha neçə xal toplamağımız realdı?
- Biz ilk növbədə Qazaxıstanla oyunda 3 xalımızı götürməliyik. Birinci oyunda biz gözlənilmədən uduzduq. Amma Bakıda hər şey başqa cür olacaq.

- Biz Belçikaya qarşı sərgilənən oyunla 3 xala ümid edə bilərik?
- Qazaxıstana qarşı necə oynamağımızın fərqi yoxdu. Pis və ya yaxşı oynamağımızdan daha vacib olan qələbə qazanmağımızdı. Elə Belçika ilə oyunda da bizi ancaq nəticə maraqlandırırdı. Tarixdə ancaq nəticə qalır.

- Yəqin ki, bu dəfə hücuma daha çox diqqət ayıracaqsız...
- Qazaxıstan Belçika deyil. Buna görə də onlara qarşı tam fərqli taktika olacaq. Hər şeyə Berti Foqts qərar verəcək. Necə desə, elə də edəcəyik.