4 sentyabr 2011 00:01
XL Böyük oyun öncəsi qələbə qazandı
"Xəzər Lənkəran" "Böyük oyun"un hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandasını "Neftçi" ilə oyuna Lənkəranda hazırlaşdıran Mirça Rednik ötən gün yetirmələrini yoxlama oyununda sınayıb.
"Xəzər Lənkəran"ın əsas komandası əvəzedici heyəti sınağa çəkib. "Fırtınalar meydanı"nın yardımçı meydançasında baş tutan oyunda Mihay Teja hakimlik edib. Qarşılaşma isə əsas komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
