4 sentyabr 2011 00:36
“Belə oyunla Qazaxıstan üzərində qələbə real deyil”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Belçika ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Nəticə məni sevindirdi. Amma oyun o qədər də yox. Yığmamız çox zəif oynadı. Belə oyunla Qazaxıstan üzərində qələbə real deyil. Amma məğlub duruma düşdüyümüz oyunda xarakter nümayiş etdirib xal qazanmağımız çox yaxşıdı”.
