4 sentyabr 2011 00:25
Jaba: Bakıya qayıtdığıma görə çox şadam
Braziliyalı hücumçu Jaba de Karvalyo yenidən “Bakı”ya qayıdıb. Bu haqda azerisport.az saytına müsahibəsində təcrübəli forvard özü məlumat verib:
“Biz “Bakı” ilə mənim komandaya qayıdışımla bağlı məsələni müzakirə etdik. Çox şadam ki, doğma klubuma qayıda bildim. Bilirəm ki, çempionatda komandanın işləri heç də qaydasında deyil. Əlimdən gələni edəcəm ki, komanda müsbət nəticələr qazansın. “Bakı” mənim üçün çox doğmadı. Mən bu komandayla ölkə kubokunu qazanmışam. Bu mövsümü də mükafatla bitirməyi çox istərdim”.