4 sentyabr 2011 00:18
Rauf Əliyev: Qalan hər şeyi Berti Foqts deyəcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev AÇ-2012-nin Belçika ilə oyunundan sonra (1:1) azerisport.az saytının suallarını cavablandırıb. “Qarabağ”ın forvardı öncə matçla bağlı bunları dilə gətirib:
- Oyun çox çətin alındı. Rəqib bizdən çox güclü idi. Bunu oyundan öncə də bilirdik. Şadam ki, belə çətin rəqiblə qarşılaşmada məğlub olmadıq. Bu heç-heçə indi bizim üçün qələbəyə bərabərdi. Biz doğma meydan amilindən maksimum yararlandıq.

- Eyni zamanda qazonun vəziyyətinin də bizim işimizə yaradığını demək olar?
- Belçika yığması çətin rəqibdi. Axı onlar meydanda daha çox yaradıcı oyun qurmağa, hücumlar təşkil etməyə çalışırdılar. Bizim rolumuz isə daha çox onların bu oyunlarına mane olmaqdan ibarət idi. Oyundan öncə də danışmışdıq ki, heç-heçə bizi qane edəcək.
- Komandanın oyunundan razı qaldınız?
- Deyərdim ki, fiziki cəhətdən rəqibdən geri qalırdıq. Amma hər şeydən önəmlisi o idi ki, nəticə qazana bildik. Əgər buna nail olmuşuqsa, qalan şeyləri arxa plana keçirmək olar.
- Öz qolunuzu necə şərh edərdiniz?
- Həmin anda hər şey ideal alındı. Mahir Şükürov yaxşı ötürmə etdi. Əlverişli mövqedə olduğum üçün bu şansdan maksimum yararlandım.

- Tribunaların tam dolu olmamasına məyus olmadınız?
- Mən deməzdim ki, adam az idi. Amma daha çox azakreş dəstəyi görməyi istərdik. Azarkeşlərimizi Qazaxıstanla oyunda gözləyirik. Ümid edirəm ki, stadion tam dolacaq. Biz həmin oyunda seçmə mərhələdəki ikinci qələbəmizi qazanacağıq.

- Əminsiniz?
- Hər halda meydana ancaq qələbə üçün çıxacağıq. Biz Astanada heç də xoş olmayan yenilgiylə üzləşdik. Hansı ki, bunu heç kim gözləmirdi. Bütün ölkəmizi məyus etdik. O vaxt da bunu başa düşdük, indi də yaxşı dərk edirik. Burda revanş almağa borcluyuq.

- Amma bu dəfə qazonun vəziyyəti sizin əleyhinizə işləyəcək...
- Bizə hücum etməkdən başqa heç nə qalmır. Qalan hər şeyi Berti Foqts deyəcək.