4 sentyabr 2011 00:51
Şotlandiyanın AÇ-yə getmək şansına çex zərbəsi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, I qrupu çərçivəsində keçirilən görüşdə Şotlandiya Çexiyanı qəbul edib.
Şotlandlar qrup ikinciliyi şanslarını yaxşılaşdırmaq üçün doğma meydanda keçirilən görüşdə əsas rəqibini məğlub etməyi hədəfləsə də, bu istəyinə çata bilməyib. Əvəzində sərfedici qollu heç-heçə Çexiyanın ikinci pillədəki mövqeyini qoruması ilə nəticələnib.
AÇ-2012-nin seçmə mərhələsi
I qrupu
3 sentyabr
Şotlandiya – Çexiya – 2:2
Qollar: Miller, 45, Fletçer, 82 – Plasil, 78, Kadleç, 90-pen.
| 1 | İspaniya | 5 | 5 | 0 | 0 | 15 | - | 5 | 15 |
| 2 | Çexiya | 6 | 3 | 1 | 2 | 8 | - | 5 | 10 |
| 3 | Şotlandiya | 5 | 1 | 2 | 2 | 6 | - | 7 | 5 |
| 4 | Litva | 6 | 1 | 2 | 3 | 3 | - | 8 | 5 |
| 5 | Lixtenşteyn | 6 | 1 | 1 | 4 | 3 | - | 10 | 4 |
