5 sentyabr 2011 13:51
Olaf Yansen Berti Foqtsa haqq qazandırdı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Olaf Yansen baş məşqçi Berti Foqtsun mətbuat konfransına gəlməməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, həmyerlisinin jurnalistlərlə görüşdən qaçmasını belə izah edib:
“Onda hər şey qaydasındadı. Dünya praktikasında belə şeylər olur – hərdən baş məşqçi jurnalistlərlə görüşə öz köməkçisini göndərir. Mən artıq 3 ildi bu komandada çalışıram. Hər halda mən də Azərbaycan yığmasının bir üzvüyəm”.