5 sentyabr 2011 14:08

Olaf Yansen: İndiki Qazaxıstan Astanada uduzduğumuz komanda deyil

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi Olaf Yansen sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlərlə görüşündə öncə həmyerlisinin mətbuatdan qaçmasına münasibətini açıqlayıb:

“Onda hər şey qaydasındadı. Dünya praktikasında belə şeylər olur – hərdən baş məşqçi jurnalistlərlə görüşə öz köməkçisini göndərir. Mən artıq 3 ildi bu komandada çalışıram. Hər halda mən də Azərbaycan yığmasının bir üzvüyəm”.
 
Daha sonra o, Qazaxıstan yığmasından danışmağa başlayıb: “Bu, artıq Astanada uduzduğumuz komanda deyil. Onların Türkiyə ilə oyununu canlı izlədim. Onlar ciddi şəkildə artırıblar. Amma biz istənilən halda əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyunda qələbə qazanıb, azarkeşlərimizi sevindirək”.
 
O, bu qələbəni nəyin sayəsində qazanmağın mümkünlüyünü də izah edib: “Oyunçularımızın sürətli, cəld hərəkətləri, rəqibi daim təzyiqdə saxlaması sayəsind. Bütün oyun boyu rəqibə göz açmağa imkan verməməliyik”.
 
Yansen cəzalı duruma düşən Elnur Allahverdiyevi kimin əvəzləyəcəyindən danışmaq istəməyib: “Onu Aqil Nəbiyev də əvəzləyə bilər, Vaqif Cavadov da. Hər futbolçu 100 yox, 120 faiz oyuna köklənməli, əlindən gələni meydanda nümayiş etdirməlidi”.
 
Almaniyalı məşqçinin sözlərinə görə, qazaxların məlum üstünlüyü var: “Biz 3-4 gündən bir oynamağa alışmamışıq. Hətta “Qarabağ” Avropa Liqasında çıxış edərkən elə təqvimlə üzləşsə də, çempionat oyunu təxirə salındı. Amma qazaxlarda belə şey yoxdu. Onlar fasiləsiz oynayırlar. Bu, qazaxlara əlavə üstünlük qazandırır”.
 
Yansen son dövrlərdə formada olan Ceyhun Sultanovun yığmaya dəvət almamasına da münasibət bildirib: “Yığmanın qapıları hər kəsin üzünə açıqdı. Sultanov millidə ona görə yoxdu ki, biz ona dəvət göndərməmişik. Amma o, diqqət çəksə, biz dərhal bu futbolçunun xidmətindən yararlanmağa hazırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.