5 sentyabr 2011 14:19
Aqil Nəbiyev: Qələbə qazanmağa hazırıq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aqil Nəbiyev sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Hələ məlum deyil ki, oynayacağam, ya yox. Həkimlər sabah dəqiq bir söz deməlidilər. Hələ də fizioterapevt yardımına ehtiyac duyuram. Belçika ilə oyuna gəlincə, həmin matçda yaxşı oynadım. Amma istəməzdim ki, məni komanda yoldaşlarımdan fərqləndirsinlər. Mənim əsas məqsədim həmişə yığmada uğurla çıxış etmək və daimi olaraq dəvət almaqdı. Qarşıda bizi Qazaxıstanla vacib oyun gözləyir. Hamı bizdən qələbə hözləyir. Elə biz özümüz də. Bu oyuna hazırıq. Rəqib üzərində qələbə qazanmağa da hazır olduğumuzu düşünürəm”.